• Gündəm • Sosial

Qurban bayramında Gəncəyə gedən qatarların sayı artırılacaq

71
2-08-2019, 17:26

Qurban bayramı ərəfəsində Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin ediləcək.

BAKU.NEWS xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına əsasən, buna səbəb Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etməkdir.

Bu məqsədlə 10 və 13 avqust tarixlərində əlavə qatar təyin ediləcək.

Belə ki, Bakıdan 10 avqust tarixində 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq.

13 avqust tarixində 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq, geriyə Gəncədən saat 18:30-da yola düşəcək, Bakıya saat 22:45-də çatacaq.

FACEBOOK ŞƏRH YAZ