• Gündəm

Prezident bir qrup kino xadiminə fəxri ad verdi SİYAHI

187
31-07-2019, 17:09

BAKU.NEWS xəbər verir ki, Prezident İlham Əliyev bir qrup kino xadiminə fəxri ad, medal və təqaüdlərin verilməsi barədə sərəncam imzalayıb.

Azərbaycan kino xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncama əsasən, Azərbaycanda kino sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilirlər:

Əlizadə Oqtay Mahmud oğlu

Rzayev Nazim İsrafil oğlu.

Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncama əsasən, “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:

Babayeva Zemfira Baba qızı

Sadıxova Zemfira Emin qızı.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Azərbaycan kino sahəsi işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında digər Sərəncama görə isə Azərbaycanda kino sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilirlər:

Ağayev Xanlar Ağakərim oğlu

Həsənov Mahir Məhəmməd oğlu

Hüseynov Əlisəfdər Mürsəl oğlu.

FACEBOOK ŞƏRH YAZ