• Şou-biznes • Gündəm

“Fanta”dan Hadisəyə ciddi xəbərdarlıq

197
30-07-2019, 11:57

Türkiyənin məşhur müğənnisi Hadisə hərəkətləri ilə yenidən “hadisə” yaradıb. Belə ki, sosial media fenomeni Reynmenin “Ela” mahnısının sədaları altında seksual və ehtiraslı rəqsi ona baha başa gəlib.

BAKU.NEWS xəbər verir ki, sənətçi “Fanta”nın reklamında yer alsa da, “Lipton” şirkətinin siması olan Reynmenin mahnısını paylaşması “Fanta” şirkətinin rəhbərliyini yaman qəzəbləndirib.

Rəhbərlik Hadisənin bu hərəkətinin yalnış olduğunu bildirərək müğənniyə xəbərdarlıq edib.

Hadisə ciddi xəbərdarlıqdan sonra hələ də özünə gəlməyib. O, bu hərəkəti ilə Reynmene dəstək verdiyini bildirsə də, karyerasını zərbə altına salıb.

Qeyd edək ki, Reynmenin son ifaları “YouTube”da ən çox dinlənilən mahnılar sırasına düşüb.

FACEBOOK ŞƏRH YAZ