• İdman • Gündəm

EYOF-un qalibi olan Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

157
29-07-2019, 20:40

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə güləşçilər arasında dünya çempionatında finala yüksəlib.

BAKU.NEWS-un məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı ardıcıl olaraq Türkiyə, İran, Yaponiya və Gürcüstan təmsilçilərini məğlub edib. Hacıyev finalda rusiyalı Batırbek Tsxovrebovlə üz-üzə gələcək.

48 kq-da yarışan Cavid Cavadov 1/4 finalda məğlub olub və rəqibi finala çıxdığı üçün təsəlliverici görüşlərə qatılacaq. Bu gün mübarizəyə qoşulan Zirəddin Bayramov (55 kq), Fərid Cabbarov (80 kq) və Hamlet Nəsibli (110 kq) mübarizəni başa vurublar.

Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sabah keçiriləcək. Cəbrayıl Hacıyev Bakıda keçirilmiş Avropa Gənclər Yay Olimpiya Festivalının da (EYOF) qalibi olub. Güləşçi finalda məhz Rusiya təmsilçisi Batırbek Tsxovrebova qalib gəlib.

FACEBOOK ŞƏRH YAZ