• Gündəm • İdman

Polis Akademiyasının komandası Alpaqut üzrə V Azərbaycan çempionatında uğurlu nətəcə qazandılar

697
12-03-2019, 13:33

Gələcəyin polis zabitləri Respublika çempionatindan iki kubok apardılar.

Xəbər verdiyimiz kimi Şağan İdman Olimpiya Kompleksində 9-10 mart tarixlərində Alpaqut Turan döyüş sənəti üzrə V Azərbaycan çempionatı keçirilmişdi.
Yarışa qatılan 40 komanda arasında ilk dəfə olaraq Daxili İşlər Nazirliyinin Polis Akademiyası komandası da var idi.
Bu yarış Polis Akademiyası üçün uğurlu olmuşdu. Akademiyanın fiziki hazırliq üzrə kafedrasının müəllimi, polis leytenantı, Azərbaycan Alpaqut Federasiyası Nizam İntizam Komitəsinin sədri, Alpaqut Turan döyüş sənəti üzrə Dünya çempionu Natiq Eminovun yetirmələri bu yarışa 20 idmançı ilə qatilmışlar. Alpaqut Turan döyüş sənətinə daxil olan Batur və Qurşaq sistemləri üzrə döyüşən gələcəyin zabitləri cəmi 8 qızıl, 17 gümüş və 7 bürünc medal əldə etmişlər. Bir neçə idmançı iki sistem üzrə finalda döyüşüb və qalib gəldiyi üçün iki medal qazanıblar.
Polis Akademiyasının idmançıları yarışın yekun nəticələrinə görə komanda hesabı ilə Batur sistemində 3-cü yerin, Qurşaq sistemi üzrə isə 2-ci yerin kuboklarını qazanmışlar.
Qeyd edək ki, Alpaqut Turan döyüş sənətinin qaydalarına uyğun olaraq yarışlar 4 sitem -Aypara, Batur, Caymaz və Qurşaq sistemləri üzrə keçirilir.




FACEBOOK ŞƏRH YAZ