• Gündəm • İdman

Azərbaycan və İtaliya Paralimpiya Komitələri arasında əlaqəlar qurulur

175
25-07-2019, 20:38

Cüdo idman növü üzrə Azərbaycan Paralimpiya Milli Komandası Avropa Çempionatında iştirak etmək üçün İtaliyanın Genuya şəhərindədir.

Milli Paralimpiya Komitəsindən BAKU.NEWS-a verilən məlumata görə 23-29 iyul tarixləri arasında keçirilən yarış "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov da bu günlərdə Italiya Paralimpiya Komitəsinin dəvəti ilə Genuya şəhərində səfərdədir. İ.Rəhimov səfər çərçivəsində İtaliya Paralimpiya Komitəsinin prezidenti Luca Pacalli ilə görüşmüşdür. Görüşdə paralimpiya hərəkatının inkişafı sahəsində əldə olunmuş təcrübə və qarşılıqlı əməkdaşlıq sahəsində geniş müzakirələr aparılmışdır. Müzakirələrin yekunu olaraq birgə layihələrin həyata keçirilməsi və uşaq paralimpiya hərəkatının inkişafı sahəsində azərbaycan təcrübəsinin İtaliyada tətbiq edilməsi qərara alınmışdır.
İ.Rəhimov həmçinin İtaliyanın Görmə Məhdudiyyətli Şəxslərin Paralimpiya İdman Federasiyasının pezidenti Sandro Di Cirolamo ilə görüşərək cari ilin may ayında Bakıda imzalanmış “Azərbaycan Milli Paralimpiya Komitəsi ilə İtaliyanın Görmə Məhdudiyyətli Şəxslərin Paralimpiya İdman Federasiyası arasında əməkdaşlıq haqqında” Memoronduma uyğun olaraq görüləcək işlər və İtaliya Paralimpiya Komitəsinin bu sahədə rolu geniş müzakirə edilmişdir.
İlqar Rəhimov Beynəlxalq Korlar İdman Federasiyasının (İBSA) idarə heyətinin üzvü, Rusiyanın Korlar Idman Federasiyasının prezidenti, Rusiya Paralimpiya Komitəsinin vitse prezidenti Lidiya Abramova ilə də görüşmüşdür. Görüşdə paralimpiya idmanı sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparılmışdır.

FACEBOOK ŞƏRH YAZ