• Elm

Cəlilabadda qədim dövrə aid maddi mədəniyyət nümunələri tapılıb

207
18-04-2019, 17:27

Cəlilabad rayonunda qədim dövrə aid maddi mədəniyyət nümunələri tapılıb. Baku.News xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, maddi mədəniyyət nümunələrinə rayonun Şatırlı kəndində yerli sakinlər tərəfindən köhnə evin söküntüsü zamanı rast gəlinib.

Onlar arasında daşdan düzəldilmiş əmək alətləri, məişət əşyaları və hətta məktublaşmalar zamanı qəbilə başçısı tərəfindən istifadə olunan və üzərində xüsusi təsvir olan daş da var. Mütəxəssislərin sözlərinə görə, bu tip nümunələrə Altay və Şərqi Anadolu əraziləri boyunca da rast gəlinir. Tapıntıların birinin üzərindəki işarə Qobustandakı qayaüstü təsvirləri xatırladır. Tarixçi Elşad Əmənov bildirib ki, maddi mədəniyyət nümunələri 7-8 min il əvvələ aiddir. Tapılmış tarixi nümunələr Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.

Cəlilabadda qədim dövrə aid maddi mədəniyyət nümunələri tapılıb

FACEBOOK ŞƏRH YAZ