• Elm

Yəhya Babanlının təklifi Ramiz Mehdiyev tərəfindən dəstəkləndi

191
13-03-2020, 16:49

Tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlının 4 ay bundan əvvəl ölkə başçısı İlham Əliyevə həmçinin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə "Azərbaycançılıq" institutunun yaradılması ilə bağlı göndərdiyi təklif reallaşıb.

Bu barədə BAKU.NEWS-a məlumat verən Yəhya Babanlı bildirib ki, artıq AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb.

Y.Babanlı öz təklif məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının müstəqil dövlət siyasətinin ana xəttini təşkil edən və bütün azərbaycanlıları birləşdirən dəyərə çevrilən Ümummilli Lider Heydər Əliyevin milli təhlükəsizliyimiz üçün həyati vacib əhəmiyyətli ideyasının "Azərbaycançılıq" fonemeninin elmi-nəzəri əsaslarının öyrənilməsi və praktiki olaraq düzgün istiqamətləndirilməsi məqsədi ilə institusional quruculuq fəaliyyətinin müəyyən edilməsi milli məkfurələrin mübarizəsi şəraitində yaşadığımız mürəkkəb dövrün tələbləri sırasındadır. Bu xüsusda Y. Babanlı ölkə başçısına Heydər Əliyev adına "Azərbaycançılıq" institutunun yaradılması təklifini irəli sürmüşdür.

Y.Babanlı qeyd edib ki, təklifin elmi tətqiqat əsaslı olduğu üçün akademik Ramiz Mehdiyev də göndərilmişdir:

"Əminəm ki, bu, dahi Heydər Əliyevin ümummilli ideologiyası dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edəcəkdir. BDU-nun 100 illik yubileyində Dövlət Başçımızın qeyd etdiyi ideoloji boşluğu dolduracaqdır".

Məlumat üçün bildirək ki, ötən gün AMEA-nın Rəyasət Heyətində Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması və fəaliyyət istiqamətləri ilə bağlı müşavirə keçirilib. Müşavirədə akademik Ramiz Mehdiyev dövlət başçısı İlham Əliyevin siyasi-ideoloji çağırışlarının əsasında yaradılmış mərkəzin əhəmiyyətindən danışıb. O, azərbaycançılığın bütün dünya azərbaycanlılarının birlik və həmrəylik ideologiyasına çevrilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olduğunu, azərbaycançılıq ideologiyasının özündə xalqımızın milli maraqları və dövlətçilik mənafeyini əks etdirdiyini bildirib. Akademik bu məfkurənin elmi cəhətdən araşdırılması üçün akademiyanın tərkibində ictimai əsaslarla yaradılan yeni mərkəzdə azərbaycançılıq ideologiyasının siyasi, tarixi, fəlsəfi, ədəbi baxımdan öyrənilməsinin, bu sahədə tədqiqat və təbliğat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb. Müşavirədə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyada belə bir mərkəzin yaradılmasını mühüm elmi-tarixi hadisə kimi qiymətləndirib.

FACEBOOK ŞƏRH YAZ