• Dünya • Turizm

Amsterdam aeroportunda reyslərdə gecikmə yaranıb

115
24-07-2019, 22:43

Amsterdamın "Schiphol" hava limanında təyyarələrin yanacaqla doldurulması sistemində yaranan problem səbəbindən reyslərdə çoxsaylı gecikmələr yaranıb.

BAKU.NEWS RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə aeroportun rəhbərliyinin məlumatında bildirilir.

Bildirilir ki, problem "Aircraft Fuel Supply" podratçı şirkətin avadanlıqlarında yaranan nasazlıq səbəbindən baş verib.

"Bu o deməkdir ki, təyyarələrə hazırda yanacaq vurmaq olmur və bu da reyslərin gecikməsinə səbəb olur", - deyə aeroportun bəyanatında deyilir.

FACEBOOK ŞƏRH YAZ