• Dünya • Hadisə

Sankt-Peterburqda mağazaya girən Azərbaycan vətəndaşı qəfil öldü

172
6-07-2019, 23:49

Rusiyanın Sankt-Peterburq şəhərində telefon mağazasına girən müştəri vəfat edib.

BAKU.NEWS Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərin Nevski rayonunda qeydə alınıb.

Hadisə yerinə gələn polislər 47 yaşlı Azərbaycan vətəndaşının üzərində heç bir zorakılıq əlamətləri olmayan cəsədini aşkar edib.

Məlumata görə, satıcı ilə məsləhətləşən kişinin halı qəfil pisləşib. O, gözlənilmədən yerə yıxılıb və dünyasını dəyişib.

Hazırda mərhumun ölüm səbəbləri araşdırılır.

FACEBOOK ŞƏRH YAZ