• Dünya • Sosial • Turizm

Danimarka paytaxtında dünyanın ən kiçik restoranı açılacaq

239
1-05-2019, 08:00

Baku.News xəbər verir ki, Danimarka paytaxtında dünyanın ən kiçik restoranı açılacaq.

Danimarka mətbuatının yaydığı məlumata görə, bu həftədən başlayaraq “Restauranten 1:1” adlı restoran cəmi bir nəfərə iaşə xidməti göstərəcək. Cırtdan restoranın yaradılması təşəbbüsü baş aşpaz Uilyam Milsted və Irma supermarketinə məxsusdur. Təşəbbüskarlar bildiriblər ki, bu restoran yeməyin əhəmiyyətini vurğulayan intensiv həssas təcrübəsi ilə seçiləcək. Burada siz təkbaşına yemək yeyəcək və ətrafdakılar diqqətinizi yayındırmayacaq.

Kiçik restoranda bir qonaq, ofisiant və aşpazdan başqa heç kim olmayacaq.

FACEBOOK ŞƏRH YAZ