• Dünya • İdman

Mayk Taysonun döyüş videosunda şübhəli məqam aşkarlandı

1 364
28-07-2020, 15:47

Boks üzrə keçmiş dünya çempionu, amerikalı Corc Forman həmyerlisi, eyni zamanda keçmiş dünya çempionu Mayk Taysonun məşq videosunda şübhəli məqam aşkarlayıb.

BAKU.NEWS xəbər verir ki, “Metro” nəşri bu barədə xəbər yayıb.

Forman bildirib ki, Tayson nədənsə sağ ayağını yükləmir:

“Mayk sağ əli ilə zərbə vurduğu zaman sağ ayağının hərəkət etmədiyi diqqətimi çəkdi. O, olduğu yerdə qalır”.

O, eyni zamanda, Taysonun sol ayağında hər şeyin qaydasında olduğunu vurğulayıb.

Forman qeyd edib ki, Tayson azarkeşlərə yalnız istədiyi məqamları göstərir.

Qeyd edək ki, Tayson aprelin sonunda xeyriyyə turnirləri üçün peşəkar rinqə qayıtmaq istədiyini deyib. Amerikalı 2005-ci ildən bəri döyüşməyib. O, iştirak etdiyi 58 döyüşün 50-də qalib gəlib.

54 yaşlı Tayson sentyabrın 12-də Kaliforniyada keçmiş dünya çempionu, 51 yaşlı Roy Consla döyüşəcəyini bildirib.

FACEBOOK ŞƏRH YAZ