• Dünya

Rusiya seçkilərin tam nəticələrini açıqladı

389
3-07-2020, 11:24

Rusiya Mərkəzi Seçki Komissiyası ölkə Konstitusiyasına düzəlişlərlə bağlı səsvermənin protokollarını tam emal edib.

BAKU.NEWS xəbər verir ki, səsverənlərin 77,93 faizi dəyişikliklərin lehinə, 21,26 faizi isə əleyhinə səs verib.

Seçici fəallığı, təxminən, 65 faiz olub.

Qeyd edək ki, Konstitusiyaya düzəlişlər üzrə ümumrusiya səsverməsi 22 aprelə təyin edilmişdi, amma ölkədəki mürəkkəb epidemiologiya vəziyyətə görə səsvermələr təxirə salınmışdı. Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirdi ki, səsvermə 1 iyulda keçiriləcək.

Epidemiologiya vəziyyəti və əhalinin təhlükəsizliyi nəzərə alınaraq rusiyalıların iyunun 25-dən iyulun 1-dək səs vermələri barədə qərar qəbul edilib.

FACEBOOK ŞƏRH YAZ