• Dünya

2019-cu ilin ən yaxşı fotosu seçilib

143
12-04-2019, 08:43

ABŞ və Meksikanın sərhədində ağlayan qızcığazın şəkli "World Press Photo" təşkilatı tərəfindən ilin ən yaxşı fotoşəkli seçilib. Baku.News xəbər verir ki, trend-in məlumatına görə, bu barədə Amsterdamda keçirilən təntənəli mərasimin yekunları üzrə beynəlxalq müsabiqənin təşkilatçılarının yaydıqları press-relizdə deyilir.

Fotoqraf Con Mur tərəfindən çəkilən şəkildə Hondurasdan olan Yanela adlı qızcığaz ABŞ sərhəd xidmətinin əməkdaşı onun anası Sandra Sançesin üstünə baxış keçirdiyi zaman ağladığı yerdə əks etdirilib.

Qeyd edək ki, mərasim zamanı müxtəlif nominasiyalar üzrə qalib və mükafatçıların adları çəkilib, həmçinin xatirə hədiyyələri təqdim edilib.

FACEBOOK ŞƏRH YAZ