• Dünya • Texnologiya

Virusla mübarizə üçün yeni cihaz hazırlanıb

182
14-04-2020, 13:05

İranın “Atra Ariya” texnologiya şirkətinin mütəxəssisləri dezinfeksiya üçün yeni cihaz hazırlayıblar.

“Ozonator” adlanan yeni cihazı istər ev, istərsə də iş otağına yerləşdirmək olar. Onu işə saldıqdan sonra ozon ifraz edilir və otaq dezinfeksiya olunur.

Ozonator vasitəsilə, həmçinin paltarları və meyvə tərəvəzi də sterilizasiya etmək mümkündür. Bu cihaz koronavirusla yanaşı, digər mikrob və bakteriyaları da məhv edir.

FACEBOOK ŞƏRH YAZ