• Dünya

Nazir: “Türkiyənin ixracı tarixi rekordunu yeniləyib”

89
4-04-2019, 17:23

Bu ilin I rübündə Türkiyənin ixracı tarixi rekordunu yeniləyib və 44,567 mlrd. ABŞ dolları təşkil edib.
Baku.News-un “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin ticarət naziri Ruhsar Pekcan bildirib.

Onun sözlərinə görə, martda Türkiyənin idxalı 17,81% azalıb və 18,299 mlrd. dollara düşüb. “Təkmilləşdirilmiş Ümumi Sistemə (Generalized System of Preferences, GSP) əsasən, martda Türkiyənin ixracı 0,5% artaraq 16,334 mlrd. dollar təşkil edib. Bu daha əvvəlki illərin analoji dövrləri ilə müqayisədə rekord göstəricidir”, - nazir qeyd edib.

FACEBOOK ŞƏRH YAZ