• Dünya • Şou-biznes

Ancelina Coli superinsanlar haqqında filmdə çəkilə bilər

234
29-03-2019, 09:26

Aktrisa Ancelina Coli “Marvel” şirkətinin “Ölümsüzlər” adlı yeni filmində rol ala bilər.

Baku.News xəbər verir ki, bu barədə məlumatı “Deadline” portalı yayıb.

Hazırda filmin rejissoru Xloya Çjao ilə danışıqlar aparılır. X.Çjaonun filmi şüurlu kosmik varlıqlar olan Tselestiallar tərəfindən yaradılmış superinsanlar irqindən – Ölümsüzlərdən söhbət açacaq. A.Colinin hansı rolu ifa edəcəyi hələlik açıqlanmır.

“Disney” şirkəti aktrisa ilə danışıqlar barədə informasiyanı şərh etməyib.

FACEBOOK ŞƏRH YAZ