• Dünya • Texnologiya

"Instagram" və "Facebook"da nasazlıq yaranıb

183
25-10-2019, 09:06

Bir sıra ölkələrdə "Instagram" və "Facebook" istifadəçiləri sosial şəbəkələrin işində yaranmış nasazlıqlardan şikayət ediblər.

BAKU.NEWS xəbər verir ki, bu barədə ixtisaslaşmış "Downdetector" portalı bildirib.

Portalın məlumatına əsasən, əksər hallarda "Instagram"ın işində problemlərlə ABŞ, Böyük Britaniya və Almaniyadan olan istifadəçilər qarşılaşıblar. Onlar xəbər lentinin işində problem haqqında bildiriblər.

Bundan başqa, ABŞ, Almaniya, Fransa və Yaponiyadan olan istifadəçilər "Facebook"un işində problemlərdən şikayət ediblər. Ən çox problemlər xəbər lenti ilə (45%) iş vaxtı yaranıb.

FACEBOOK ŞƏRH YAZ