• Dünya • İdman

Teymur Rəcəbov Dünya Kubokunun qalibi olmaq üçün blitsdə gücünü sınayacaq

7 318
4-10-2019, 16:47

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun finalında tay-breykə start verilib.

BAKU.NEWS xəbər verir ki, Teymur Rəcəbov Dünya Kubokunun qalibi olmaq üçün çinli Dinq Lijenlə üz-üzə gəlir.

Artıq şahmatçımız “rapid”də 25 dəqiqəlik iki partiya keçirib. Hər iki görüş heç-heçə başa çatıb.

Bu səbəbdən bir azdan tərəflər 10 dəqiqəlik iki blits partiyasına start verəcək.

Qeyd edək ki, qalib 110 min dollar pul qazanacaq.

FACEBOOK ŞƏRH YAZ