• Dünya • İdman • Hadisə

Rəşad Sadıqov azarkeşləri belə sakitləşdirdi - Video

2 373
4-10-2019, 10:09

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA Avropa Liqasının qrup mərhələsində “Düdelanj”la oyunda baş verənlərdən sonra azarkeşləri sakitləşdirdiyi anların görüntüləri yayılıb.

BAKU.NEWS-un məlumatına görə, oyundan yaranan fasilədən sonra tribunalara yaxınlaşan kapitan bütün diqqətlərin oyuna yönəldilməli olduğunu bildirib:

“Sizdən xahiş edirəm ki, heç kim meydana girməsin. Hər kəsi sakit olmağa çağırıram. Son xəbərdarlığı etmişik. Bütün diqqətimizi oyuna yönəltməliyik. Bizim üçün 3 xal çox vacibdir”.

Həmin anların videosunu təqdim edirik:


FACEBOOK ŞƏRH YAZ