• Dünya • Cəmiyyət • Texnologiya

Sürücülük vəsiqələri smartfonlarda olacaq

2 367
3-10-2019, 10:20

Rusiyada elektron sürücülük vəsiqələrinin verilməsi təşəbbüsü nəzərdən keçirilir.

BAKU.NEWS-un məlumatına görə, bunu Rusiya Dövlət Avtomobil Müfəttişliyinin rəhbəri Mixail Çernikov deyib.

O bildirib ki, təşəbbüsə əsasən, sürücülük vəsiqələrinin elektron versiyasının yaradılması və onların smartfonlara inteqrasiya edilməsi üzərində işlər başlayıb.

Qeyd olunur ki, elektron vəsiqələr hazırkı sürücülük vəsiqələrinin alternativi olacaq.

Bununla belə, elektron sürücülük vəsiqələrinin nə vaxtdan qüvvəyə minəcəyi barədə dəqiq məlumat verilməyib.

FACEBOOK ŞƏRH YAZ