• Dünya • İdman • Hadisə

Ukraynalı şahmatçı məğlubiyyətdən qəzəblənib rəqibini öldürdü

2 254
3-10-2019, 09:54

Lvovda (Ukrayna) 33 yaşlı kişi dəfələrlə şahmat oynadığı təqaüdçünü öldürüb.

BAKU.NEWS xəbər verir ki, polisin məlumatına görə, kişi 82 yaşlı qonşusu ilə şahmat oynadığı zaman mübahisə edib.

Uduzduğundan qəzəblənərək o çəkicə əl atıb və təqaüdçünün başına bir neçə zərbə endirib. Qoca yerindəcə keçinib.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır.

FACEBOOK ŞƏRH YAZ