• Dünya • Cəmiyyət • Təhsil

Azərbaycanın 4 vətəndaşı Qazaxıstanda təhsil alacaq

2 278
2-10-2019, 11:01

Azərbaycanın Təhsil Nazirliyi ilə Qazaxıstanın Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, 4 nəfər Azərbaycan vətəndaşı 2019-2020-ci tədris ili üzrə bu ölkənin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

BAKU.NEWS xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə bildirib.

Onun sözlərinə görə, müvafiq sazişə əsasən, seçim barədə Qazaxıstan tərəfindən verilən yekun qərar nəticəsində təqaüdə layiq görülənlər “Al-Farabi Kazakh National University”, “Karaganda State University named after Buketov” və “Kazakh National Research Technical University named after K.I.Satpayev” ali təhsil müəssisələrində iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik və yüksək texnologiyalar, eləcə də humanitar və sosial elmlər ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb.
Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan cari ilin 18 mart tarixində verilib.

FACEBOOK ŞƏRH YAZ