• Dünya • Səhiyyə • Sosial

Türkiyədə elektron siqaretlərin satışı qadağan ediləcək

1 369
2-10-2019, 09:21

Türkiyə hökuməti elektron siqaretlərin satışını qadağan etmək niyyətindədir.

BAKU.NEWS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

"Elektron siqaretlərin satışı və idxalı qadağan ediləcək. Biz müvafiq qanunvericilik üzərində işləyirik" - nazirlik rəhbəri qeyd edib.

Nazir əlavə edib ki, məsələ ölkə parlamentinin müzakirəsinə çıxarılacaq.

Qeyd edək ki, son günlər dünyanın bir sıra ölkələrində elektron siqaretlərdən ölüm halları artmaqdadır. Təkcə ABŞ-da 15 nəfər elektron siqaretlərin qurbanı olub.

FACEBOOK ŞƏRH YAZ