• Dünya • İdman

UEFA-da AVRO-2020 ilə bağlı görüş keçirilir

6 016
1-10-2019, 17:30

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək 12 şəhərdə fəaliyyət göstərən işçi qruplarının iştirakı ilə görüş keçirilir.

BAKU.NEWS xəbər verir ki, bu gün başlayan görüşə AVRO-2020-nin Bakıda keçiriləcək 4 oyununun hazırlığı ilə məşğul olan Əməliyyat Qrupunun üzvləri qatılıb. Tədbir iki gün davam edəcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması BOS-da təşkil olunacaq.

FACEBOOK ŞƏRH YAZ