• Dünya • İdman • Cəmiyyət

Səfir: "Bakı və Kişineu, Qəbələ ilə Komrat gələn il qardaşlaşacaq"

2 234
1-10-2019, 10:56

"Azərbaycanın Qəbələ şəhəri ilə Moldovanın Komrat şəhərlərinin qardaşlaşması haqqında sazişin imzalanması planlaşdırılır".

BAKU.NEWS xəbər verir ki, bu barədə "Pravda.Ru"ya müsahibəsində Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov bildirib.

"Biz Moldova hökuməti, Xarici İşlər Nazirliyi və respublikanın digər rəsmi qurumları ilə sıx əlaqədəyik. Qeyd etmək istəyirəm ki, münasibətlərimiz yüksək səviyyədə inkişaf edir. Gələn il ölkələrimizin paytaxtlarının qardaşlaşması barədə sazişin imzalanması da planlaşdırılır", - səfir deyib.

Səfir qeyd edib ki, 2020-ci ildə Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının iclası keçirilməlidir və bunun nəticəsində bir sıra ticari-iqtisadi, mədəni sazişlərin imzalanması nəzərdə tutulur.
"İndi hər iki ölkə buna hazırlıq işləri üzərində fəal çalışır. Həmçinin dövlət başçıları və yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri gözlənilir. Bütün bunların hamısı ölkələrimiz arasında əlaqələrin inkişafına yönəlib", - diplomat əlavə edib.

Onun sözlərinə görə, Moldova ilə Azərbaycan arasındakı münasibətləri tərəfdaşlıq, dostluq və perspektivli əlaqələr kimi xarakterizə etmək olar.

"Münasibətlərimizdə potensial olduqca yüksəkdir, siyasi, iqtisadi və mədəni-humanitar sahədə inkişaf üçün xeyli imkan var", - Q.Osmanov vurğulayıb.

Səfir diqqətə çatdırıb ki, Azərbaycanla Moldovanın ortaq cəhətləri çoxdur: "Ancaq bu ümumi cəhətlər arasında bir dəhşətli məqam da var - dondurulmuş münaqişələr. Azərbaycanın qanlı yarası, erməni təcavüzünə məruz qalan Dağlıq Qarabağı var. Belə acınacaqlı vəziyyətdə olsa da, şübhəsiz ki, bir-birimizin təcrübəsini yüksək qiymətləndiririk".

FACEBOOK ŞƏRH YAZ