• Dünya • Səhiyyə • Hadisə

Gürcüstanda uşaq bağçasında kütləvi zəhərlənmə olub

5 982
30-09-2019, 18:06

Gürcüstanın Martvili rayonunda 2 saylı uşaq bağçasında kütləvi zəhərlənmə baş verib.

BAKU.NEWS xəbər verir ki, müxtəlif qruplardan olan 15 uşaq xəstəxanaya çatdırılıb. Onların hamısında qusma və diareya müşahidə olunub.

Gürcüstanın Milli Qida Agentliyinin nümayəndələri uşaq bağçasında olub və laborator araşdırmalar üçün qida məhsullarından nümunələr götürüblər.

FACEBOOK ŞƏRH YAZ