• Dünya • Cəmiyyət • Sosial

Azərbaycanlı 11 ölkəni piyada gəzəcək - FOTO

28
26-09-2019, 11:19

İsveçli məktəbli qız Qreta Tunberq BMT-də ətraf mühitin qorunması mövzusundakı çıxışı zamanı oğurlanmış uşaqlığına görə siyasi liderləri günahlandırarkən, azərbaycanlı fəal da buna dəstək olaraq ekoloji problemə daha çox insan cəlb etmək və onları planeti xilas etmək üçün kiçik bir addım atmağa sövq etmək üçün 11 ölkəni piyada gəzməyə qərar verib.

BAKU.NEWS-un 27 yaşlı Ağa Mehdi Bakıda anadan olub, stomatologiya istiqamətli alman şirkətində marketinqlə məşğuldur. O, ixtisasca jurnalistdir. Mehdi 31 ölkə və 50-dən çox şəhərə səfər edib. Almaniya və Finlandiyada kurslarda təhsil alıb. Dünyanı, ölkələri, xalqları öyrənməyi sevir.

“Moskva-Bakı”ya reportajında Ağa qarşıdakı böyük səyahətindən və daxili motivasiyasından danışıb.

“Mənə müxtəlif xalqlar, onların düşüncə tərzi, görünüşləri maraqlıdır. Mən insanlara tanış olmaq, onları öyrənmək üçün səyahət edirəm.

Çimərlikdə yatmaq və istirahət etmək mənim üçün heç vaxt məqsəd olmayıb, baxmayaraq ki, bəzən bu da lazımdır. Səyahət müxtəlif xalqlardan və ölkələrdən ibarət fakültələri olan universitet kimidir”, - deyə o bildirib.


Azərbaycanlı 11 ölkəni piyada gəzəcək - FOTO

FACEBOOK ŞƏRH YAZ