• Dünya • Hadisə • Texnologiya

Rusiyada “Boeing” qəza enişi etdi: 49 nəfər xəsarət aldı – VİDEO

40
26-09-2019, 09:20

Rusiyanın Barnaul şəhərinin hava limanında “Boeing 767” təyyarəsi sərt eniş edib.

BAKU.NEWS “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarə aeroporta yanan şassilərlə enib.

Hadisə nəticəsində 49 nəfər xəsarət alıb: onlardan 5 nəfər xəstəxanaya yerləşdirilib, qalanları isə ambulator müalicəyə göndərilib.

“Azur Eyr” aviaşirkətinə məxsus təyyarə Vyetnamdan uçuş həyata keçirib, göyərtəsində 331 sərnişin olub.

Barnaul nəqliyyat prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.

FACEBOOK ŞƏRH YAZ