• Dünya • Sosial • Hadisə

Ermənistanda “Sanitek” şirkətinin əməkdaşları etiraz aksiyası keçirib

59
25-09-2019, 18:09

Ermənistanda “Sanitek” şirkətinin əməkdaşları Yerevan meriyasının binası qarşısında etiraz aksiyası keçirib.

BAKU.NEWS “Novosti Armeniya”ya istinadən xəbər verir ki, onlar maaşlarının ödənilməsini tələb ediblər.

Şəhər hökumətinin nümayəndəsi ötən aksiyada etirazçılara şirkətin hesabına 140 milyon dram (503 108 manat) köçürüldüyünü bildirmişdi. Ancaq “Sanitek”dən maliyyə vəsaitinin köçürülmədiyini vurğulayıblar.
Qeyd edək ki, Yerevan küçələrinin və dövlət binalarının təmizliyi ilə məşğul olan şirkətin işçilərinin maaşlarının ödənilməsi Ermənistan hökuməti üçün problem olaraq qalır.

FACEBOOK ŞƏRH YAZ