• Dünya • Səhiyyə

ABŞ-ın daha bir ştatında elektron siqaretlərin satışı dayandırılıb

38
25-09-2019, 18:03

ABŞ-da Nyu-York və Miçiqan ştatlarından sonra Massaçusets ştatında da elektron siqaretlərin satışı dayandırılıb.

BAKU.NEWS xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ağ ciyər xəstələrinin sayının artmasıdır.
Artıq 61 nəfər xəstəliyə tutulmasından şübhələnərək xəstəxanaya müraciət edib. Yerli həkimlər vəziyyəti elektron siqaretlərdən istifadənin genişlənməsi ilə izah edirlər.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ölkənin 38 əyalətində və 1 inzibati bölgəsində “naməlum xəstəliy"ə yoluxanların sayının 530-a çatdığını bəyan edib. Xəstələrin əksəriyyəti yeniyetmələr və gənclərdir.

FACEBOOK ŞƏRH YAZ