• Dünya • Cəmiyyət • Səhiyyə

Heç vaxt meyvə-tərəvəz yeməyən qıza korluq təhlükəsi barədə xəbərdarlıq edildi

33
25-09-2019, 17:58

Norfolk qraflığının Norveç şəhərinin britaniyalı sakini meyvə-tərəvəz yemədiyinə görə kor ola bilər.

BAKU.NEWS bildirir ki, bu barədə “Daily Mail” xəbər verir.

25 yaşlı Ceyd Yanqmen üç ildir ki, onu müxtəlif qidaları yeməkdən məhrum edən psixoloji xəstəlikdən əziyyət çəkir. O, pizza, makaron, cips və toyuq naqqetlərindən başqa, demək olar ki, heç nə yeyə bilmir.

Qızın dediyinə görə, meyvə-tərəvəzlər onda ürəkbulanma yaradır.

“Mən onların mənə heç bir zərər verməyəcəyini bilirəm. Hətta bəlkə, çox dadlıdırlar, amma yenə də ağzıma meyvə-tərəvəz qoya bilmirəm. Özümü məcbur etməyə çalışdım, lakin bacarmadım”, - deyə o bildirib.

Yanqmen uzun müddət xəstəliyi aradan qaldırmaq üçün psixoterapevtlərə müraciət edib. Bu kömək etmədikdə, o, İngiltərədəki ən yaxşı hipoterapistin yanına gedib. Nəticə onun gözləntilərini doğrultmayıb:

“Fikrimcə, göyərtini udmağı bacardım, amma mən buna “yedim” deməzdim”.

“Pəhriz”ə görə o lazımi vitamin və mineralları qəbul edə bilmir. Həkimlər onun optik nevropatiya - optik sinirə ziyan dəyməsi, yəni görmə qabiliyyətinin itirilməsi ilə üzləşə biləcəyini deyiblər.

Belə ki, bənzər hallar baş verib: Qloster şəhərindən olan 18 yaşlı Harvey Dyer 2018-ci ilin oktyabr ayında yalnız çips və şokolad yediyinə görə bir gözünü itirib.

“Hələ gözlərimi itirməmişəm, amma Harveyin ilkin vəziyyəti mənə bənzəyir və bu, məni narahat edir”, - deyə Yanqmen əlavə edib.

FACEBOOK ŞƏRH YAZ