• Dünya • Səhiyyə • Sosial

Ötən il Gürcüstanda nikahdankənar 17 mindən çox uşaq doğulub

47
25-09-2019, 14:42

Ötən il Gürcüstanda 17 375 uşaq nikahdankənar doğulub.

BAKU.NEWS “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Nikahdankənar dünyaya gələn uşaqlar ümumi doğulanların 34%-ni təşkil edib. Hesabatda qeyd olunub ki, nikahdan kənar doğum hallarının yüksək səviyyəsi dini nikahların nəticəsidir ki, bunun da heç bir hüquqi əsası yoxdur.

Qonşu ölkədə 2016-cı ildə nikah olmadan doğulanların sayı 18 104, 2017-ci ildə 18 689 təşkil edib. 2018-ci ildə rəsmi nikahla dünyaya gələn uşaqların sayı isə 1 394 nəfər artaraq 33 760-a bərabər olub.
2018-ci ildə Gürcüstanda diri doğulanların 26 538-i oğlan, 24 600-ü isə qız olub. Cinsi nisbətə gəlincə doğulan 100 qız uşağına 107,9 oğlan düşüb.

FACEBOOK ŞƏRH YAZ