• Dünya • Səhiyyə

100-dən çox oftalmoloq Bakıda bu konfransa qatıldı - Video + Fotolar

53
24-09-2019, 10:54

Azərbaycanda oftalmologiya sahəsinə aid beynəlxalq konfrans keçirilib.

BAKU.NEWS-un verdiyi xəbərə görə, “Bakı Retina Günü” adlı birinci beynəlxalq konfransda 100-dən çox oftalmoloq iştirak edib. Həmçinin xaricdən gələn bu sahənin mütəxəssisləri də çıxışlar edərək müzakirələr aparıblar.

Bir çox həkim bundan öncə etdiyi əməliyyatların videosunu nümayiş etdirirərək bu sahədə rastlaşdığı problemi necə həll etdiyini göstərib və mövzu ətrafında öz təkliflərini irəli sürüb.

Konfransın təşkilatçısı oftalmoloq Günay Əliyeva bildirib ki, bu tədbir üçün dörd ay hazırlıq görüblər: “Bu konfransın adını gözəl ana, gözəl həyat yoldaşı, oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr etmişik. Konfransda göz dibi xəstəlikləri, bizi çox narahat edən və korluğa gətirib çıxara bilən bir problem olan şəkərli diabet və torlu qişa qopmalarını müzakirə etdik. Türkiyənin iki böyük professoru - Levent Karabaş və Önər Gəlişkən konfransda iştirak edərək öz çıxışları ilə bizə dəstək oldular. Onlarla birlikdə səhər saat 9-dan axşam saat 5-ə qədər çox böyük mövzuları müzakirə etdik. Yerli həmkarlarımız da məruzələr, çıxışlar etdilər.

Retina - göz dibi, torlu qişa deməkdir. Biz bu gün ancaq torlu qiş haqda danışdıq. Bizim bu konfransda torlu qişa xəstəlikləri ilə məşğul olan həmkarlar, oftalmoloqlar və ön seqment cərrahları da iştirak edirdi. Onlar üçün də qaranlıq qalan mövzuları biz açdıq, dəyərləndirdik. Əsas mövzumuz qopmaya gətirib çıxa bilən torlu qişa problemlərini vaxtında araşdırıb diaqnoz qoymaq və bu zaman nələrə diqqət etməli olduğumuzla bağlı idi. Çox sevincli, çox qürürluyuq ki, belə bir beynəlxalq konfransı çox yaxşı keçirə bildik”.

Konfransda iştirak edən hər bir iştirakçı oftalmoloqlara sertifikatlar verilib.

G.Əliyeva əlavə edib ki, bu konfransa çox böyük maraq olub: “Buna görə də biz 5 gün öncədən qeydiyyatı bağlamaq məcburiyyətində qaldıq. Konfransda iştirak edən hər kəsə təşəkkürümü bildirirəm”.

G.Əliyeva ön seqment cərrahiyyəsi – katarakt, elzimer lazer zamanı baş verə bilən göz dibi xəstəlikləri və fəsadları haqqında məruzə ilə çıxıb edib və bu zaman yarana biləcək fəsadlardan çıxış yollarını göstərib.

Digər təşkilatçı oftalmoloq Tural Qəlbinur əlavə edib ki, ilk dəfə olaraq Retina Günü ilə bağlı beynəlxalq konfrans Bakıda keçirilib: “Bu gün bizim üçün Retina bayramıdır. Göz dibi xəstəlikləri oftalmologiya sahəsində ən çətin haldır. Göz dibində olan xəstəliklərin cərrahiyəsi daha ağır, daha çətindir. Biz bu gün xaricdən dəvət olunan və Azərbaycanda fəaliyyət göstərən həmkarlarmızla bərabər bir elm bayramı yaşadıq, elmi diskussiyalar keçirdik. Çətin hallar və onlardan effektiv müalicə yollarını araşdırdıq. Belə konfransların gələcəkdə də davam etdirilməsini arzulayırıq”.

100-dən çox oftalmoloq Bakıda bu konfransa qatıldı - Video + Fotolar

FACEBOOK ŞƏRH YAZ