• Dünya • Hadisə

Ərdoğana sui-qəsd etmək istəyən şəxs həbs olundu

89
10-09-2019, 11:06

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana qarşı sui-qəsd cəhdində təqsirləndirilən keçmiş hərbçi saxlanılıb.

BAKU.NEWS-un xəbərinə görə, Ö. Abdulkadir Eskişəhərdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Saxlanılan şəxs İzmirə gətiriləcək.

Qeyd edək ki, 15 iyul 2016-cı ildə FETÖ terror təşkilatı tərəfindən Türkiyədə dövlət çevrilişinə cəhd olub. Həmin gün Muğla vilayətinin Marmaris rayonunda oteldə olan Türkiyə Prezidentinə qarşı sui-qəsd cəhdi olub.

FACEBOOK ŞƏRH YAZ