• Dünya • İdman

Həbib Nurməhəmmədov doyunca burger və steyk yeyəcək - VİDEO

50
9-09-2019, 08:05

UFC üzrə çempionatının qalibi, Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov sonuncu döyüşdə Puaryeni məğlub etdikdən sonra pərhizi dayandırıb.

BAKU.NEWS xəbər verir ki, idmançı "Instagram" "tarixçəsində" (Stories) videoçarx yerləşdirib.

Həmin kadrlarda burger, steyk və "kartof-fri" dolu qablarla bəzədilmiş masa görüntülənir. Dastin Puarye ilə döyüşdən əvvəl Həbib bəyan etmişdi ki, qələbədən sonra doyunca yeməyi planlaşdırır. Özü də o, burger və steyk yeyəcəyini demişdi.

Nurməmmədov karyerasının 28-ci qələbəsini çalıb. O, yüngül çəki kateqoriyası üzrə ikinci dəfə çempionluq titulunu qazanıb. Son döyüş üçün Həbib 70 kiloqramadək çəki atmışdı.

FACEBOOK ŞƏRH YAZ