• Dünya • Şou-Biznes

Niki Minaj karyerasını bitirir

143
6-09-2019, 09:40

Qalmaqallı amerikalı müğənni Niki Minaj karyerasına son qoymağa qərar verib.

BAKU.NEWS xəbər verir ki, Niki bu haqda "Twitter" hesabında məlumat paylaşıb.

36 yaşlı ifaçı vaxtının çoxunu ailəsinə sərf etmək istədiyi üçün səhnədən getdiyini deyib.

Niki pərəstişkarlarının onun bu qərarını anlayışla qarşılayacağına ümid etdiyini dilə gətirib.

Qeyd edək ki, Niki Minaj Kennet Petti adlı şəxslə münasibətdədir. Kennetin xoşagəlməz keçmişi var. O, 16 yaşından qaranlıq işlərlə məşğul olub. Nikinin sevgilisi təcavüz və qətlə görə həbsdə yatıb. İddialara görə, cütlük bu yaxınlarda evlənəcək.

Minaj Kenneti öz kliplərində çəkir və onunla çox xoşbəxt görünür.

FACEBOOK ŞƏRH YAZ