• Dünya • Texnologiya • Elm

Çində pişiyin klonunu yaratdılar

42
4-09-2019, 09:05

Çinin "Sinogene" şirkəti ilk dəfə olaraq satış üçün pişiyi klonlaşdırıb.

BAKU.NEWS "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu şirkətin vitse-prezidenti Van İnina bəyan edib.

Məlum olub ki, klonlaşdırılan heyvanın sahibi, öz ev heyvanının xəstəlik səbəbindən ölümü ilə barışmayıb və buna görə şirkətə müraciət edib.

Qeyd olunub ki, klonun DNT-si ölən ev heyvanının DNT-si ilə eynidir. Lakin heyvanların bəzi xüsusiyyətləri fərqlənə bilər.

Bundan başqa ev heyvanını klonlaşdırmaq 250 min yuana (60 min manat) başa gəlir.

FACEBOOK ŞƏRH YAZ