• Dünya • İdman

Azərbaycan - Xorvatiya: biletlər satışa çıxarıldı

105
30-08-2019, 11:01

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da keçiriləcək Azərbaycan - Xorvatiya oyununun biletləri satışa çıxarılıb.

BAKU.NEWS xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyası Assosasiyası məlumat yayıb.

Biletlərin qiyməti 2 manatdan 20 manatadəkdir.

“Bakcell Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Xatırladaq ki, seçmə mərhələdə E qrupunda mübarizə aparan millimiz üç oyundan xalsız qalaraq sonuncu yerdədir.

FACEBOOK ŞƏRH YAZ