• Dünya • Mədəniyyət • İdman

Neymar kriminal seriala çəkilib - VİDEO

307
28-08-2019, 12:05

Fransanın PSJ klubunun futbolçusu Neymar İspaniyanın məşhur "Kağız ev" kriminal serialına çəkilib.

BAKU.NEWS xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu rəsmi "Twitter" hesabı vasitəsilə bildirib.


Braziliyalı oyunçu "Netflix" platfırmasında nümayiş olunacaq serialın yeni mövsümünün bəzi epizodlarında rol alıb. "Sambaçı"nın iştirak etdiyi səhnələr ilin əvvəlində çəkilib.

Qeyd edək ki, Neymar bir müddət öncə PSJ-dən ayrılmaq istədiyini bildirib. Onun İspaniya "Barselona"sına keçəcəyi gözlənilir. Braziliya millisinin üzvü 2 il əvvəl Kataloniya təmsilçisindən Fransa klubuna rekord məbləğə - 222 milyon avroya keçib. Forvardın hazırkı klubu ilə 2022-ci ilədək müqaviləsi var.

FACEBOOK ŞƏRH YAZ