• Dünya • Turizm

Antalya bu il rekord sayda əcnəbi turist qəbul edib

75
27-08-2019, 23:47

Türkiyənin Antalya vilayəti bu il rekord sayda əcnəbi turist qəbul edib.

BAKU.NEWS xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti yazıb.

"Türkiyənin Antalyadakı məşhur turizm mərkəzləri bu il yanvarın 1-dən avqustun 22-dək olan dövr ərzində 10 milyondan çox turist qəbul edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricini 17,6% qabaqlayır. Ötən ilin sözügedən dövründə xaricdən gələn qonaqların sayı 8,6 milyon nəfər təşkil edib", - deyə məlumatda bildirilir.

Siyahıda birinci pillədə Rusiya, ardınca isə Almaniya və Ukrayna vətəndaşları qərarlaşıb.

FACEBOOK ŞƏRH YAZ