• Dünya

Mamayevin arvadını aldadıb 75 minini ələ keçirdilər

62
19-08-2019, 14:45

Rusiyanın "Krasnodar" klubunun futbolçusu Pavel Mamayevin həyat yoldaşı Alana Mamayeva dələduzluqla üzləşib.

BAKU.NEWS xəbər verir ki, bu barədə "Moskva" agentliyinə hüquq-mühafizə orqanlarından məlumat verilib.

31 yaşlı Alananın bank kartından 75 min rubl (təxminən 2 min manat) oğurlanıb. Belə ki, o, mayda "Instagram"da "Louis Vuitton" firmasının pomada boyası qutusunun satışı haqqında elanla rastlaşıb. Ondan 75 min rubl ödəniş istənilib. Ödəniş edilsə də, aksesuar Mamayevaya gəlib çıxmayıb. Yekunda zərərçəkmişin müraciəti əsasında dünən dələduzluq barədə cinayət işi açılıb.

Qeyd edək ki, Pavel Mamayev Moskvanın mərkəzində adam döyməyə görə 1,5 illiyə ümumi rejimli koloniyada həbs həyatı yaşayır.

FACEBOOK ŞƏRH YAZ