• Dünya • Hərbi

NATO qırıcısı Şoyqunun təyyarəsinə yaxınlaşdı: Rusiya “Su-27”ləri hərəkətə keçdi

167
13-08-2019, 17:51

NATO-nun “F-18” qırıcı təyyarəsi Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa çalışıb.

BAKU.NEWS “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Baltik dənizinin neytral suları üzərində baş verib.

Bununla belə, Rusiyaya məxsus “Su-27” qırıcıları NATO təyyarəsini uzaqlaşdırıb. S.Şoyqunun olduğu təyyarə Kalininqraddan Moskvaya uçurmuş.

Onu Baltik donanmasının dəniz aviasiyasının iki ədəd “Su-27” qırıcısı müşayiət edib.

FACEBOOK ŞƏRH YAZ