• Cəmiyyət • İdman

Alpaqut Turan Döyüş Sənəti üzrə Suraxanı Rayon açıq turniri keçirilib

161
23-07-2019, 09:14

İyulun 21-də Azərbaycan Alöaqut Federasiyasının Suraxanı rayon filialı, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə Alpaqut Turan Döyüş Sənəti üzrə Suraxanı Rayon açıq turniri keçirilib.

BAKU.NEWS xəbər verir ki, turnirdə Sabunçu və Suraxanı filiallarında 6 komandadan 100-ə yaxın idmançı iştirak edib.

Qaliblər Suraxanı Rayon Gənclər və İdman İdarəsi və Suraxanı Alpaqut filialı tərəfindən diplom və medallarla təltif olunublar.

Məlumata əsasən yarışın məqsədi qarşıdan gələn Azərbaycan Kubokuna hazırlıq , həmçinin hakimlərin peşəkarlıq səviyyəsinin artırılmasıdır.


Alpaqut Turan Döyüş Sənəti üzrə Suraxanı Rayon açıq turniri keçirilib

FACEBOOK ŞƏRH YAZ