• Cəmiyyət • Sosial • Kriminal

Bakıda narkotik satan qadın saxlanıldı - FOTO

89
22-07-2019, 11:58


Bakının Binəqədi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan qadın saxlanılıb.

BAKU.NEWS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, paytaxt sakini Ruhiyyə Tağıyevanın üzərinə baxış keçirilən zaman güclü psixotrop təsirə malik 82,189 qram metamfetamin aşkar olunaraq götürülüb.

R.Tağıyeva ifadəsində narkotik vasitələri istifadə etməklə yanaşı, satışı ilə də məşğul olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Bakıda narkotik satan qadın saxlanıldı - FOTO

FACEBOOK ŞƏRH YAZ