• Cəmiyyət • Kriminal

Azərbaycandan gül kələmi adı ilə pul çıxarmaq istəyən rusiyalı barədə yeni qərar

97
4-07-2019, 12:12

Sumqayıt Apellyasiya Məhkəməsində qaçaqmalçılıq yolu ilə Azərbaycandan külli miqdarda xarici valyuta çıxarmaqda təqsirləndirilən Nurmaqomed Karanaevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

BAKU.NEWS-un Oxu.Az-a istinadən xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Karanaevin apellyasiya şikayəti təmin edilib.

Belə ki, onun yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 il 8 aya endirilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Rusiya Federasiyasına gül kələmi yükü aparan Rusiya Federasiyası vətəndaşı Karanaev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi “Volvo FN 12” markalı, E900XX05/AH264639 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və 54 ədəd 500-lük əsginaslardan ibarət ümumilikdə 29 milyon 980 min rus rublu aşkar edilib.

Həbs edilən N.Karanaevin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə N.Karanaev yeddi il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

FACEBOOK ŞƏRH YAZ