• Cəmiyyət • Mədəniyyət

Nazir: "Qarabağdakı abidələrin dağıdılmasına görə UNESKO ilə danışıqlar aparırıq"

86
1-07-2019, 13:40

"Uzun illərdir Dağlıq Qarabağdakı abidələr ermənilər tərəfindən dağıdılır. Bu yolverilməzdir".

BAKU.NEWS-un xəbərinə görə, bunu Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, bu məsələ bütün beynəlxalq tədbirlərdə qaldırılır: "Oraya daxil olub nəzarət edə bilmədiyimizə görə belə hallar baş verir. Azərbaycan hökuməti bu istiqamətdə UNESKO ilə danışıqlar aparır.

Biz bu işə beynəlxalq ictimaiyyətin qoşulmasını arzu edirik".

FACEBOOK ŞƏRH YAZ