Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin doğum günüdür.
BAKU.NEWS xatırladır ki, Ülvi Ramiz oğlu Mehdiyev 1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib.
Həmçinin ABŞ-ın Duke Universitetinin Adaptiv strateji idarəetmə ixtisasının magistr proqramı üzrə təhsil alıb.
2005-2006-cı illərdə hərbi xidmət keçib.
2006-2009-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin məsləhətçisi, aparıcı məsləhətçisi vəzifələrində çalışıb.
Ü.Mehdiyev 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində işləyib.
2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.
İngilis, rus dillərini bilir.
Ailəlidir, 3 övladı var.
• Cəmiyyət
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin doğum günüdür

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
XİN-dən Minsk Qrupu həmsədrlərinin bəyanatına - Reaksiya
-
Erməni general ölüb
-
Sərbəst güləş yığmamızın Avropa çempionatı üçün heyəti
-
“Araz Supermarket” cərimələnib
-
Nigarın atası və anası koronavirusa yoluxub
-
Əhali 3 ayda 10 milyard manata yaxın pul xərcləyib
-
“Ermənistan nə özünə, nə də tarixinə güvənir”
-
ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
-
Son üç ayda nazirlik 150,7 min elektron arayış verib
-
Azərbaycanda COVID-19-dan ölənlərin sayı 4045 nəfərə çatıb
-
İndiyədək ölkədə 3068679 koronavirus testi aparılıb
-
Son sutkada 2317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib