• Cəmiyyət • Sosial

Mətbuat Şurası Milli Məclisə onlayn media ilə bağlı təkliflər layihəsi təqdim edəcək

90
3-05-2019, 11:12

Azərbaycan Mətbuat Şurası Milli Məclisə onlayn media ilə bağlı təkliflər layihəsi təqdim edəcək. Baku.News-un məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O, hazırda həmin təkliflərin hazırlandığını söyləyib: "Təkliflər paketində onlayn media ilə bağlı bir sıra zəruri məsələlər öz həllini tapacaq. Bildiyimiz kimi, onlayn media jurnalistikanın tərkib hissəsidir. Həmin təkliflərə əsasən, KİV-ə şamil olunan prinsiplər onlayn mediaya da aid ediləcək. Həmçinin həmin təkliflərdə onlayn medianın spesifik xüsusiyyətləri öz əksini tapacaq”.

FACEBOOK ŞƏRH YAZ