• Cəmiyyət

"Azercell" tanınmış mətbuatyayımı firmasını məhkəməyə verib - 56 MANATLIQ İDDİA

80
1-05-2019, 17:08

"Azercell Telekom” MMC Azərbaycanda mətbuatyayımı həyata keçirən şirkətlərdən biri “Qasid Express” MMC-yə qarşı pul tələbinə dair şikayət verib.

Baku.News-un xəbərinə görə, şikayətdə cavabdeh “Qasid Express” MMC-dən 36 manat 07 qəpik abunə və xidmət haqqı, 20 manat dövlət rüsumu, cəmi 56,07 manat vəsaitin “Azercell Telekom” MMC-nin xeyrinə məcburi tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Hakim Aytən Oruczadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddiaçı “Azercell Telekom” MMC-nin elektron iddia ərizəsi geri qaytarılıb. Qərarda göstərilib ki, iddiaçı “Azercell Telekom” MMC cavabdeh “Qasid Express” MMC tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənədi təqdim etməyib.

FACEBOOK ŞƏRH YAZ